83 milyon olaraq Azərbaycanın yanındayıq.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu deyib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Kılıçdaroğlu bildirib ki, bürokrat olaraq Azərbaycana 2 dəfə səfər edib: “Türkiyədə də yaşayan çox sayda azərbaycanlı var. Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq bu işğalın sonlanmasını istəyirik. 83 milyon olaraq Azərbaycanın yanındayıq. Cənab Əliyev (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev – red.) konkret açıqlama verdi: bizim erməni xalqı ilə deyil, Ermənistan hökuməti ilə problemimiz var. Bu arada, dinc əhalinin hədəf alınması acı olaydır. Ümid edirəm, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı addım atarlar”.
















