Türkiyədə sel qurbanlarının sayı artdı: 12 nəfər itkin düşüb – YENİLƏNİBbackend

Türkiyədə sel qurbanlarının sayı artdı: 12 nəfər itkin düşüb – YENİLƏNİB

11:26

Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb.

Hokm.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb

Bundan başqa, ümumilikdə 40-dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.

Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda  başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.

———-
10:36

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlar daşqınlara səbəb olub.

Hokm.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb, Giresun-Dərəli-Sivas yolu isə bağlanıb. Giresun valisi Ənvər Ünlü 6 vətəndaşın itkin düşdüyünü bildirib.

Daxili İşlər Naziri Süleyman Soylu təbii fəlakətdən sonra keçirdiyi təcili toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib. Su altında qalan yaşayış evlərinin sakinləri təxliyyə olunublar. Soylunun sözlərinə görə, Dərəli rayonunda suyun səviyyəi 2 metri ötüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

  •  (0)
  •  (0)