Türkiyədə sel nəticəsində 47 nəfər itkin düşdübackend

Türkiyədə sel nəticəsində 47 nəfər itkin düşdü

Türkiyənin qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır.

Hokm.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, quruma Sinop və Kastamonu şəhərlərində ümumilikdə 47 sakinin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, sel nəticəsində 70 nəfər həyatını itirib.

  •  (0)
  •  (0)