Türkiyədə insanlar xəstəxanalıq oldu: Uşaqlar küçənin ortasında huşlarını itirdibackend

Türkiyədə insanlar xəstəxanalıq oldu: Uşaqlar küçənin ortasında huşlarını itirdi

Türkiyənin İzmir şəhərinin Buca rayonunda xəstəxanalara müraciət edən çox sayda sakinə zəhərlənmə diaqnozu qoyulub.

Hokm.az oxu.az-a istinadən verir ki, zəhərlənənlərin əksəriyyəti uşaqlar və körpələr olub.

Sudan pis dad və qoxu gəldiyini deyən xəstələr ürəkbulanma və başgicəllənmədən şikayət ediblər.

“Beş uşağım küçənin ortasında huşunu itirdi. Xəstəxanaya gəldik, amma yer yox idi. Həkimlər hələ 5 gün uşaqların bu vəziyyətdə olacağını qeyd ediblər”, – deyə uşaqlarını xəstəxanaya gətirən bir valideyn bildirib.

  •  (0)
  •  (0)