Türkiyədə futbolçu qaldığı otelin pəncərəsindən yıxılıb öldü – FOTObackend

Türkiyədə futbolçu qaldığı otelin pəncərəsindən yıxılıb öldü – FOTO

Şotlandiyalı futbolçu Entonu Makdouell İstanbulda istirahət edən zaman faciəli şəkildə ölüb.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Metro” nəşri məlumat yayıb.

“Southside United” klubunun 28 yaşlı futbolçusu keçmiş sevgilisi və onun dostu ilə Türkiyəyə istirahətə gedib.

Nəşrin məlumatına görə, futbolçu gəldiyi günün səhəri naməlum şəkildə otelin pəncərəsindən yıxılaraq ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar aparılır.

  •  (0)
  •  (0)