Türkiyədə fəlakət qurbanlarının sayı daha da artdı – 77 nəfərin meyiti tapılıbbackend

Türkiyədə fəlakət qurbanlarının sayı daha da artdı – 77 nəfərin meyiti tapılıb

Ötən həftə Türkiyənin Qərbi Qara dəniz bölgəsində baş verən sel qurbanlarının sayı daha da artıb.

Hokm.az xəbər verir ki, Kastamonuda daha 7 nəfərin meyiti dağıntı və lil qatının altından tapılaraq çıxarılıb. Beləliklə sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb.

Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub. Hazırda 60-a yaxın şəxs itkin düşmüş sayılır və onların axtarışları davam etdirilir.

  •  (0)
  •  (1)