Türkiyədə faciəli şəkildə ölən tələbə dəfn edildi – FOTOLAR – YENİLƏNİBbackend

Türkiyədə faciəli şəkildə ölən tələbə dəfn edildi – FOTOLAR – YENİLƏNİB

Türkiyədə faciəli şəkildə dünyasını dəyişmiş tələbə Salyanda torpağa tapşırılıb.
Hokm.az  Virtualaz.org-a istinadən xəbər verir ki, 5 gün əvvəl təhsil aldığı Türkiyə Respublikasının Çanaqqala şəhərindəki ali məktəbin yataqxanasının pilləkənlərində yıxılaraq aldığı ağır kəllə-beyin travması ilə ötən gün dünyasını dəyişən 21 yaşlı İsmayıl İlqar oğlu Əmrahov Azərbaycana gətirilib. Bu gün günorta saatlarında Salyan şəhər qəbristanlığında torpağa tapşırılıb.

***12:00

Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.

Hokm.az Virtualaz.org-a istinadən xəbər verir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib.Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.

*** 14 dekabr, saat 23:24

Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.

Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.

  •  (0)
  •  (0)