Türkiyədə dənizə yıxılan azərbaycanlı gəmiçinin nəşi tapılıbbackend

Türkiyədə dənizə yıxılan azərbaycanlı gəmiçinin nəşi tapılıb

Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.

Hokm.az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.report

  •  (0)
  •  (0)