Türkiyədə insan alveri ilə əlaqəli axtarılan yüzlərlə şübhəli həbs olunub.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, ölkə polisi və təhlükəsizlik qüvvələri insan alveri, qanunsuz immiqrasiya ilə əlaqəli cinayətlər törətməkdə şübhəli bilinən 2775 nəfəri həbs edib.
Əməliyyata 51 minə yaxın müxtəlif polis bölmələrinin və digər təhlükəsizlik qüvvələrinin əməkdaşı cəlb edilib.
















