Türkiyədə azərbaycanlı həkim Britaniya ştammına yoluxdubackend

Türkiyədə azərbaycanlı həkim Britaniya ştammına yoluxdu

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasının Britaniya ştammına yoluxub.

Hokm.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

“Doktor da xəstələnər. COVID-19 İngiltərə mutasiyasına yoluxdum”, – Rəsulova yazıb.

Qeyd edək ki, T.Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.

  •  (0)
  •  (0)