FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində təşkilatlanması istiqamətində keçirilən əməliyyatlar zamanı tutulma əmri verilən 78 əsgərdən 46-sı yaxalanıb, onlardan 21-i haqda isə həbs qərarı çıxarılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 23 müxtəlif əyalətdə mayın 28-də ələ keçirilən şübhəli hərbçilərin 13-ü peşman olduğunu bildirdiklərindən və təşkilatın fəaliyyətini deşifrə edən məlumatlar verdiklərindən sərbəst buraxılıb.
2 nəfər isə şərti azadlığa çıxıb.
Hokm.az
















