Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcəkbackend

Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcək

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq”.

Hokm.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.

“Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, – nazir əlavə edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər – yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-də yenidən Vyanada baş tutacaq.“Report”

  •  (0)
  •  (0)