Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriləcəkbackend

Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriləcək

Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə ortaq hərbi təlimlərə hazırlaşırlar.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək. O cümlədən, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.
Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olacağı qeyd edilir.
  •  (0)
  •  (1)