Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM: 13 ölü, 20 yaralı – FOTO/VİDEObackend

Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM: 13 ölü, 20 yaralı – FOTO/VİDEO

Suriyanın şimalında yerləşən və hazırda Türkiyə ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, – nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur.
Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.

  •  (0)
  •  (0)