Türkiyə səfirliyi minaya düşərək həlak olan azərbaycanlı mülki şəxsləri ilə bağlı başsağlığı veribbackend

Türkiyə səfirliyi minaya düşərək həlak olan azərbaycanlı mülki şəxsləri ilə bağlı başsağlığı verib

Türkiyənin Azərbaycandakı Səfirliyi minaya düşərək həlak olan azərbaycanlı dinc mülki şəxsləri ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, başsağlığında deyilir:

“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTv-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına baş sağlığı, yaralılara şəfalar diləyirik”.

  •  (1)
  •  (0)