Türkiyə Rusiyanın COVID-19 əleyhinə peyvəndini istehsal etmək istəyirbackend

Türkiyə Rusiyanın COVID-19 əleyhinə peyvəndini istehsal etmək istəyir

Türkiyə əczaçılıq istehsalçıları Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalında maraqlıdırlar.

Hokm.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko türkiyəli həmkarı Fəxrəddin Qoca ilə danışıqlarının yekunu barədə açıqlama verərkən deyib.

“Türkiyə Səhiyyə Nazirliyinin başçısı, toksikoloji tədqiqatları apardıqdan sonra türk dərman istehsalçılarının müəssisələrində “Sputnik V” peyvəndinin istehsalının təşkilində maraqlı olduğunu bildirib”, – deyə M.Muraşko bildirib.

Tərəflər həmçinin, COVID-19-un yayılması ilə bağlı vəziyyəti qiymətləndirib.

  •  (0)
  •  (0)