Türkiyə otelləri pandemiya dövründə belə işləyir – YENİ ŞƏRTLƏRbackend

Türkiyə otelləri pandemiya dövründə belə işləyir - YENİ ŞƏRTLƏR

Koronavirus pandemiyası Türkiyə otellərinə də çox böyük iqtisadi zərbə vurmaqdadır.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin turizm şəhərlərinə bu il çox az turist gəlib.
Ancaq buna buraxmayaraq otellər açıqdır və turistləri qəbul etməyə hazırdır.
Bəs otellər hansı şəraitdə çalışır?
Hazırda otellərin yeməkxanaları əvvəlki qaydada çalışır. Ancaq yeməkləri müştərilər özləri seçsə də, ofisiantlar masalara gətirir. Bütün yeməklər şüşə arxasındadır.
Hovuzlarda və dəniz sahilində ara məsafə qorunur. Masalar arasında ən az 2 metr məsafə qoyulub.
Bundan başa otellərdə dezinfekiya edici aparatlar çoxluq təşkil edir.
Ən vacibi isə otellərə gələn turistlərdən test cavabları tələb olunur, yüksək hərarəti olanlar otelə buraxılmır.
Aeroportdan otelə gələn avtobuslara da məhdudiyyət qoyulub. 40 nəfərlik avtobuslara 20 nəfər minə bilər.
  •  (0)
  •  (0)