Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.
Hokm.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, – məlumatda vurğulanıb.