Türkiyə millisi ciddi itki ilə üzləşdibackend

Türkiyə millisi ciddi itki ilə üzləşdi

İngiltərənin “Everton” klubunun futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır. Forvard Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda xəsarət alıb.

Cenk Tosun AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb. (report)

Hokm.az

  •  (0)
  •  (0)