Türkiyə meşələrini indi də ildırım yandırır – 3 gündə 37 yanğınbackend

Türkiyə meşələrini indi də ildırım yandırır – 3 gündə 37 yanğın

Türkiyənin Muğla şəhərində ildırım çaxması nəticəsində 3 gündə 37 yanğın baş verib. 

Hokm.az xəbər verir ki, Muğla Meşə Region Müdirliyindən verilən məlumata görə, məlum  yanğınlardan 32-si meşələrdə, 5-i isə əkin sahələrində baş verib.

14-16 Sentyabr tarixləri arasında Muğla və rayonlarında aramsız yağan leysan yağışları şiddətli şimşək çaxmalarına səbəb olub. Milas, Yatağan, Menteşe, Ula, Marmaris, Köyceğiz, Dalaman, Fethiye və Seydikemer bölgələrində ildırım çaxması nəticəsində 3 gündə cəmi 37 yanğın olub.

Bildirilib ki, 2 vertolyotla edilən müdaxilə nəticəsində yanğın söndürülüb. Ümumilikdə isə 4 hektardan çox ərazi yanıb. Unikal.org

  •  (0)
  •  (0)