Türkiyə İsraillə BARIŞA BİLƏRbackend

Türkiyə İsraillə BARIŞA BİLƏR

Türkiyə İsraillə diplomatik münasibətləri bərpa edə bilər.

Hokm.az İsrailin “İsrail Hayom” qəzetinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli türkiyəli diplomat açıqlama verib.

O, Ankaranın İsrailə qarşılıqlı əsaslarla səfir təyin etməyə hazır olması barədə mesaj göndərib.

İki ölkə arasında münasibətlər 2020-cu ildə Qəzza sektoruna yardım daşıyan “Mavi Mərmərə” gəmisinə İsrail xüsusi təyinatlılarının hücumundan sonra pisləşib. Sonuncu diplomatik gərginlik isə 2018-ci ilin mayında Qüdsdə ABŞ səfirliyinin açılmasından sonra başlamışdı.Modern.az

  •  (0)
  •  (0)