“Türkiyə bizim üçün yaşamaq şansıdır” – Rusiyalı politoloqbackend

“Türkiyə bizim üçün yaşamaq şansıdır” – Rusiyalı politoloq

“Türkiyə bizim üçün həyat mənbəyidir. Yaşamaq şansıdır.Çünki, Türkiyəm bizim üçün ən böyük bazardır.Həm enerji daşıyıcılarının ixracında, həm də enerji dəhlizi baxımından. Türkiyə davamlı şəkildə bizdən enerji daşıyıcılarını və digər məhsullar alsa bu sanksiyalar dövründə bizim üçün çox böyük dəstəkdir.Türkiyə sözün əsl mənasında müstəqil ölkədir. Ankara lazım gələndə,nəinki, ABŞ-ı, heç Avropanı dinləmir.Ona görə də Ərdoğan istəsə rus qazını Türkiyə üzərindən asanlıqla cənubi Avropaya çatdırılacaq.Hələ Azərbaycan Türkiyə dəhlizi bərpa olunsa gör bizim üçün necə imkanlar yaranacaq?!”

Hokm.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Dmitri Babiç “Vestnik Kavkaza” müsahibəsində deyib.

Politoloq bildirib ki, Türkiyə ən çətin anlarda Rusiyanın yanında olub:

“Türkiyə ən çətin günlərdə Rusiyanın yanında oldu. Amma gəlin baxaq. Bizim din qardaşlarımız Gürcüstan və Yunanıstanın hazırda bizə qarşı hansı münasibət sərgiləyir? Hələ din və dil qardaşlarımız Bolqarıstanı demirəm. Bolqarstan hər addımında Almaniyanın ağzına baxır.Ona görə də bz bütün vasitələrlə Rusiya-Türkiyə əlaqələrinin inkişafına yardımçı olmalıyıq”.

  •  (0)
  •  (0)