Türkiyə ABŞ-dan 40 ədəd “F-16” almaq üçün müraciət edibbackend

Türkiyə ABŞ-dan 40 ədəd “F-16” almaq üçün müraciət edib

Rəsmi Ankara 40 ədəd “F-16 qırıcı” təyyarəsi almaq üçün ABŞ-a müraciət edib.

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, müqavilənin milyardlarla dollar olduğu təxmin edilir, lakin məsələ hələ də Pentaqon Dövlət Departamenti tərəfindən araşdırılır.

Türkiyə həmçinin hərbi arsenalındakı 80 ədəd “F-16″nı modernizə etmək üçün də məlumat xəbərdarlığı verib.

O da bildirilib ki, onların mümkün təsdiqindən sonra belə, müqavilə Konqres tərəfindən bloklana bilər.

Respublikaçılar və Demokratlar isə ABŞ rəhbərliyini Türkiyənin Rusiyadan S-400 zenit müdafiə sistemləri aldığına görə Ankaraya təzyiq göstərməyə çağırıb.

  •  (0)
  •  (0)