Türk Şurasının adı dəyişdirildibackend

Türk Şurasının adı dəyişdirildi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ( Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün bağlanış mərasimində deyib.

Qeyd edək ki, Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

  •  (0)
  •  (0)