Qırğızıstanda dövlət çevrilişinə cəhd edildi – Prezidentdən ŞOK AÇIQLAMAbackend

Qırğızıstanda dövlət çevrilişinə cəhd edildi – Prezidentdən ŞOK AÇIQLAMA

Qırğızıstanda dövlət çevrilişinə cəhd olub.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bunu ölkənin Prezidenti Sooronbay Ceenbekov deyib.

O, xalqa müraciət çıxışında ötən gecə bir sıra siyasi qüvvələrin parlament seçkilərinin nəticələrinə sığınaraq iqtidarı ələ keçirməyə çalışdığını bildirib.

Ceenbekov Mərkəzi Seçki Komissiyasına seçkilərdə hiylə olub-olmadığını detallı şəkildə analiz etmək, lazım gəlsə, nəticələri ləğv etmək çağırışı edib.

Qırğızıstan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə parlament seçkilərinin nəticələrinə etiraz olaraq təşkil edilən aksiyalarda 590 nəfər yaralanıb, 1 nəfər ölüb. Hüquq-mühafizə orqanlarından isə 190 əməkdaş yaralanıb, 6-nın vəziyyəti ağırdır.

  •  (0)
  •  (1)