Türk mafiyasının tanınmış siması Ələddin Çakıcı – Azadlığa çıxdıbackend

Türk mafiyasının tanınmış siması Ələddin Çakıcı – Azadlığa çıxdı

Türk mafiyasının tanınmış siması, ömürlük həbs cəzası alan Ələddin Çakıcı sərbəst buraxılıb.

Hokm.az xəbər verir ki, mafiya lideri Sincan cəzaçəkmə müəssisəsindən azad olunub.

Yüzlərlə məhkum kimi Ələddin Çakıcı da Türkiyə parlamentində qəbul olunan yeni qanun əsasında bu şansı əldə edib.

Bu gün azadlığa buraxılan mafiya liderinin yüzlərlə insan tərəfindən qarşılanması mümkün olmayıb. Koronavirus səbəbindən Çakıcının yanına ailəsi, vəkili və yaxın dostları gəlib.

Ələddin Çakıcının vəkili Zeynəb Ciftçi bildirib ki, müvəkkili bir müddət Kırıkpinar Ağası Mustafa Altunxan otelində qalacaq.

  •  (5)
  •  (3)