Türk hərbçilərin Qarabağda qalma müddətinin uzadılması müzakirə ediləcəkbackend

Türk hərbçilərin Qarabağda qalma müddətinin uzadılması müzakirə ediləcək

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Hokm.az xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.unika.org

  •  (0)
  •  (0)