“Türk Hava Yolları” Qazaxıstandan təxliyə uçuşu həyata keçirəcəkbackend

“Türk Hava Yolları” Qazaxıstandan təxliyə uçuşu həyata keçirəcək

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” yanvarın 8-də Qazaxıstandan 75 nəfərlik təxliyə reysi həyata keçirəcək.

Hokm.az “report”a istinadən xəbər verir ki, Qazaxıstanda baş verən xoşagəlməz hadisələrlə əlaqədar olaraq aviaşirkətimizin uçuşları yanvarın 9-dək dayandırılıb.

“Bununla əlaqədar yanvarın 8-də “Türk Hava Yolları” və digər aviaşirkətlərin əməkdaşları da daxil olmaqla 75 nəfərin çıxarılması üçün xüsusi reys təşkil olunacaq”, – məlumatda deyilir.

  •  (0)
  •  (1)