ABŞ və Rusiya Prezidentləri arasında növbəti telefon danışığı olub.
“Qafqazinfo”nun “CNN”ə istinadən verdiyi xəbərə görə, 31 iyulda Donald Trampla Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizədlər müzakirə edilib.
Liderlər səfir Con Hantsmanın istefasından sonra bu vəzifəyə yeni bir şəxsin təyin olunmasının tezliklə lazım olacağını bəyan ediblər.
Ölkə rəhbərləri konkret namizədin adını irəli sürməyiblər.
ABŞ Dövlət Departamenti də bu məsələyə münasibət bildirməyib.
Hokm.az
















