Trampın vəkili Ukraynaya səfərini təxirə saldıbackend

Trampın vəkili Ukraynaya səfərini təxirə saldı

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Ukraynaya səfərini təxirə salıb. 

O, bunu “Fox News”a müsahibədə bildirib.

“Ukraynada prezidentin (Trampın – red.), bəzi hallarda isə ABŞ-ın düşmənləri olan bir qrup şəxslə üz-üzə gələcəyimdən ora getməyəcəyəm”, – R.Culiani deyib.

Vəkil Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin D.Trampın düşmənləri olan, açıq şəkildə korrupsiyaya bulaşmış və demokratlarla əlbir olan insanlarla əhatə olunduğunu qeyd edib. (report)

Hokm.az

  •  (0)
  •  (0)