Trampdan TARİXİ ETİRAF: “Silah şirkətləri xoşbəxt olsun deyə əsgərlərimiz…”backend

Trampdan TARİXİ ETİRAF: “Silah şirkətləri xoşbəxt olsun deyə əsgərlərimiz…”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında Pentaqona meydan oxuyub.

Hokm.az xəbər verir ki, o, yenidən prezident seçiləcəyi təqdirdə Pentaqon ilə münasibətlərin fərqli olacağını söyləyib.

“Əsgərlərimiz məni sevir, amma ordunun sevdiyini deyə bilmərəm. Pentaqon rəhbərliyindəkilər məni sevməyə bilərlər. Çünki onlar təyyarə və bomba istehsal edən bu möhtəşəm şirkətlər xoşbəxt olsunlar deyə döyüşməkdən başqa heç nə etmirlər. Bir çox bölgədən əsgərlərimizi geri çəkmək istədim. Amma mənə mane oldular. Yenidən seçiləndə buna icazə verməyəcəm. İşimə qarışa bilməyəcəklər”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda baş tutacaq.publika.az

  •  (0)
  •  (1)