Tramp rəqibini oğurluqda ittiham edir – GƏRGİNLİKbackend

Tramp rəqibini oğurluqda ittiham edir – GƏRGİNLİK

ABŞ-ın 59-cu prezident seçkilərində mübarizə aparan Donald Tramp və rəqibi Co Bayden açıqlama verib.

Hokm.az xəbər verir ki, Demokratlar Partiyasının namizədi olan Bayden Vilminqtondakı seçiciləri qarşısındakı açıqlamasında səslərin sayılması prosesinin sabaha qədər davam edə biləcəyini bildirib.

O, hazırda aldığı nəticədən məmnun qaldığını dilə gətirib: “Bu gün seçkiləri qazanmaq üçün doğru yolda olduğumuzu söyləməyə gəldim. Səslərin sayılması bitənə qədər səbirli olmalıyıq”.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp rəqibinə tvitter hesabından cavab verib. O, “böyük üstünlüyümüz var. Demokratlar seçkiləri bizdən oğurlamağa çalışır. Buna icazə verməyəcəyik. Səslər sandıq bağlanandan sonra verilməməlidir” sözlərini yazıb.

Tvitter Trampın bu paylaşımına xəbərdarlıq etiketləyib: “Bu tvitdə paylaşılan məzmunun bir qismi və hamısı mübahisəlidir və bir seçimə, ya da başqa bir ictimai prosesə qatılmaq mövzusunda yanlış istiqamətləndirmə ola bilər”.Publika.az

  •  (0)
  •  (0)