Tramp prezident seçkilərinə etiraz etdi  – FOTObackend

Tramp prezident seçkilərinə etiraz etdi – FOTO

ABŞ Prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək prezident seçkilərini təxirə salmaq istəyib. 

Hokm.az xəbər verir ki, “Twitter” hesabındakı açıqlamasında Tramp hazırkı şərtlərdə poçt vasitəsi ilə səs veriləcəyi təqdirdə, 2020-ci il  seçkilərinin ABŞ tarixindəki ən səhv və saxta seçkilər olacağını bildirib. “Seçkilər insanların düzgün və etibarlı səs verə biləcəyi müddətə qədər təxirə salınmalıdır”, – ABŞ lideri qeyd edib.

Digər tərəfdən, Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden Trampın yenidən qələbə qazanmaq üçün seçkiləri təxirə salmağa çalışacağını bildirib.(Unikal.org)

  •  (1)
  •  (2)