Tramp miqrant və iş vizalarının verilməsini il sonuna qədər dayandırdıbackend

Tramp miqrant və iş vizalarının verilməsini il sonuna qədər dayandırdı

ABŞ prezidenti Donald Tramp ölkəyə miqrant axınının məhdudlaşdırılması çərçivəsində bu ilin sonuna qədər bəzi iş vizalarının da dayandırılmasını əhatə edən qərar qəbul edib.
Qaynarinfoxəbər verir ki, qərarda yeni tip koronavirus pandemiyası səbəbindən ölkədə işsizlik probleminin olduğunu qeyd edən Tramp bu sənədlə yeni məşğulluq sahələrində ABŞ vətəndaşlarına üstünlük verilməsinin təmin ediləcəyini vurğulayıb.

 

“Miqrant olmayan viza” kateqoriyasındakı H-1B, H-2B, H-4, L-1 və bəzi J-1 vizaları da qərara daxil edilib. H-1B viza proqramında isə viza üçün ən yüksək maaş sahibi olan şəxslərə üstünlük veriləcəyi qeyd olunub.
Qeyd edək ki, ABŞ-da H-1B vizası ixtisaslı kadrlara verilərkən, onların həyat yoldaşlarına isə H-4 vizası verilir. H-2B vizaları mövsümi çalışanlara, L-1 isə müdirləri tərəfindən xaricə ezam olunan işçilərə verilir. J-1 vizası isə təcrübə, iş və travel, təhsil düşərgələri kimi proqramlara qatılanlar üçündür.
Xatırladaq ki, Tramp vizaların verilməsinin müvəqqəti dayandırılması (60 gün) haqda qərarı aprelin 22-də imzalamış, lazım olacağı təqdirdə bu müddətin artırılacağı qeyd olunmuşdu.
  •  (0)
  •  (0)