Tramp İrandakı hakimiyyəti dəyişmək istəyirbackend

Tramp İrandakı hakimiyyəti dəyişmək istəyir

ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək”  arzusunda olduğunu bildirib.

Hokm.Az  bildirir ki, Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

“Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, – deyə Rudolf Culiani qeyd edib.

Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ “vaxtı çatanda” İran xalqına dəstək verəcək.apa

  •  (2)
  •  (2)