Tramp da sudan şikayətlənir: “Sifonu 10-15 dəfə çəkməli oluram”backend

Tramp da sudan şikayətlənir: “Sifonu 10-15 dəfə çəkməli oluram”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın saçları yenə ölkə gündəminin əsas mövzusuna çevrilib.

Hokm.az BBC-yə istinadən xəbər verir ki, bir müddət əvvəl Trampın duş qəbulu zamanı suyun təzyiqinin azlığından və buna görə də saçlarının “mükəmməl” olmamasından şikayətlənməsi ölkənin Energetika Nazirliyini hərəkətə gətirib.

Tramp bu gileyinə “suyun normal təzyiqlə gəlməsi üçün sifonu 10-15 dəfə çəkmək məcburiyyətində qalıram” sözlərini də əlavə etmişdi.

Məlumata görə, Trampın məlum şikayətindən sonra sudan istifadə qaydalarını müəyyənləşdirən qanuna dəyişiklik ediləcək. 1992-ci ildə qəbul edilmiş həmin qanunda “hər bir duş başlığından axan suyun” həcminin 9,4 litr olması tələbi öz əksini tapmışdı.

Lakin ABŞ-ın eks-prezidenti Barak Obamanın hakimiyyəti dövründə sözügedən qanuna dəyişiklik edilib və yuxarıdakı ifadə “Bütün duş başlıqlarından axan su” ilə əvəzlənib.

Trampın narazılığından sonra məhz Obamanın prezidentliyi dövründə edilmiş düzəlişin ləğvi gözlənilir.Yenicag.az

  •  (0)
  •  (0)