Toyuna hazırlıq gedirdi, amma şəhid oldu – Turan Məmmədli ”Vətən uğrunda” medalı ilə təltıf edilib – VİDEObackend

Toyuna hazırlıq gedirdi, amma şəhid oldu – Turan Məmmədli ”Vətən uğrunda” medalı ilə təltıf edilib – VİDEO

Onun iki arzusu var idi. Hərbçi olub Vətənin ərazi bütövlüyünü təmin etmək və ailə qurub, xoşbəxt olmaq…

Söhbət atasının övladlarını hərbçi görmək istəyini reallaşdıran şəhid gizirimiz Turan Məmmədlidən gedir.

Ağstafanın Yuxarı Göycəli kəndində anadan olan 27 yaşlı şəhidimiz həmlə taborunda taqımı ilə Füzuli istiqamətində düşmənin bir neçə istehkamını məhv ediblər.

Onun döyüş yoldaşları atasına bildirib ki, döyüş zamanı Turan hər zaman öndə gedirdi. Heç vaxt imkan vermədi ki, digərləri önə keçsin. O, torpaqlarımızı tamamılə düşmən tapdağından azad etmək istəyirdi.

Turan oktyabrın 7-si Qaraxanbəyli kəndi uğrunda döyüşə girməzdən əvvəl ailəsi ilə danışıb. Təskinlik verıb ki, narahat olmasın.

Oktyabrın 25-i ailə quracaqdı, ancaq qismət olmadı. Nişanlısına isə sonuncu dəfə özünü və anasını qorumağı tapşırıb.

Şəhidimiz ”Vətən uğrunda” medalı ilə təltıf edilibCənab gizir! Sənin və bütün şəhidlərin əziz xatirəsi, döyüş meydanında göstərdiyiniz igidliklər heç zaman unudulmayacaq.

  •  (4)
  •  (0)