Toyların keçirilməsi ilə bağlı AÇIQLAMAbackend

Toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Artıq Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların keçirilməsinə qadağa qoyulub. Koronavirus pandemiyası dövründə cəmiyyəti maraqlandıran ən böyük suallardan biri toyların keçirilməsinə nə zaman icazə veriləcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla sonxeber.az-a açıqlama verib:

“Ümumiyyətlə, toyların keçirilməsi və karantin qaydalarının yumşadılması epidemioloji vəzyyətlə bağlıdır. Epidemioloji vəziyyətlə bağlı isə hazırda dünyada bir arxayınçılıq yoxdur. Bildiyiniz kimi Hindistan ştammı yayılıb. Hindistan ştammı isə ikili mutasiyaya uğramış ştamm olaraq çox təhlükəlidir. Onun dünyaya yayılması 4-cü dalğanın başlanmasına və epidemioloji vəziyyətin kifayət qədər ciddi olması təhlükəsi yaradır. Belə vəziyyətdə biz karantin qaydalarını özbaşına yumşalda bilmərik. Yalnız Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əməl etməliyik. Karantin qaydalarının yumşaldılmasına və toyların keçirilməsinə tələsmək olmaz vəziyyəti izləyib dəyərləndirməliyik”.

  •  (0)
  •  (1)