“Toya 100 nəfərədək qonaq dəvət oluna bilər, ancaq…”
Hokm.az moderator.az-a istinadən xəbər verir ki, Israildə mağazalar, marketlər, məktəblər və uşaq bağçaları açıldıqdan sonra Səhiyyə Nazirliyi əhəmiyyətli dərəcədə yeni karantin yumşalmaları barədə elan edib.
Gələn həftədən başlayaraq İsraildə toy məclislərinə yüz nəfərə qədər adam dəvət olunmasına icazə veriləcək. Ancaq qərara əsasən bu sayda qonaq toyun qapalı ziyafət salonunda deyil, açıq havada keçirildiyi halda dəvət oluna bilər.
Eyni zamanda, restoran və ziyafət salonlarının açılması barədə qərar hələ qəbul edilməyib. Bunun əsasən Səhiyyə Nazirliyinin rəhbərliyindəki dəyişikliklə əlaqədar olduğu bildirilir.