Toy karvanında DƏHŞƏTLİ QƏZA: Ölən var – FOTO/VİDEObackend

Toy karvanında DƏHŞƏTLİ QƏZA: Ölən var – FOTO/VİDEO

Dünən Göyçay-Ucar avtomobil yolunda toy karvanında qəza baş verib

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yolun Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, toy karvanının iştirakçısı olan 27 yaşlı Bəhruz Qarayev idarə etdiyi VAZ-2107 ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn yük avtomobilinin qarşısına çıxıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə rayonun Xəlitli kəndində “Mercedes” və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  •  (0)
  •  (1)