Tovuzdan acı xəbər gəldi: Yaralılar varbackend

Tovuzdan acı xəbər gəldi: Yaralılar var

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın məlumatına görə, hadisə rayonun Şamlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Şamlıq kənd sakini  2002-ci il təvəllüdlü Mustafayev Nağı Xalıxverdi oğlu, onun qardaşı 1998-ci il təvəllüdlü  Mustafayev Vüsal Xalıxverdi oğlu, Çataq kənd sakini 2003-ci il təvəllüdlü Xəlilov Tanrıverdi Elxan oğlu və Yanıqlı kənd sakini 1986-cı il təvəllüdlü Qarayev Gündüz Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Apa

 

  •  (0)
  •  (0)