Tovuzda şəhid dəfn edilibbackend

Tovuzda şəhid dəfn edilib

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, o, doğulduğu rayonun Əsrik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

  •  (0)
  •  (0)