Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir: “Qız olsa, adını…”backend

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir: “Qız olsa, adını…”

Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova ilə bağlı xəbər var.

Hokm.az news24.az-a istinadən xəbər verir ki, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.

O, açıqlamasında faktı təsdiqləyib.

A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi 7 aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Ancaq həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

  •  (0)
  •  (0)