Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıbbackend

Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb

Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.

Hokm.az-ın məlumatına görə, buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.

Belə ki, rayonun İsakənd tam orta məktəbində bir nəfər müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.Report

  •  (0)
  •  (0)