Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanıldıbackend

Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanıldı

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

 

Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.
Bildirilib ki, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.
  •  (0)
  •  (0)