“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində “BАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bu barədə Hokm.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















