“Tovuz döyüşləri-Sərhədlərimiz toxunulmazdır”- adlı sənədli film çəkildibackend

“Tovuz döyüşləri-Sərhədlərimiz toxunulmazdır”- adlı sənədli film çəkildi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır”  adlı layihə çərçivəsində sənədli film çəkilib. Fondun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində  erməni silahli qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması və baş verən döyüşlərdə düşmənə layiqli yerini göstərən ordumuzun qəhrəmanlıqlarından bəhs olunur. Sənədli filmin yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunması gözləniir.

Dünya Gənc türk yazarlar birliyi mətbuat xidməti

  •  (0)
  •  (0)