Topaz Premyer Liqasında son turun rəmzi komandası açıqlandıbackend

Topaz Premyer Liqasında son turun rəmzi komandası açıqlandı

Topaz Premyer Liqasının XXVIII turunun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.

“Zirə”nin hücumçusu Xulio Sezar Rodriqez ən yaxşı oyunçu adına layiq görülüb.

Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Xulio Sezar Rodriqez turun ən yaxşı indeksə malik futbolçusudur.

Rəmzi komandada “Qarabağ”la “Keşlə” daha çox – hərəyə 3, “Sumqayıt”la “Zirə” hərəyə 2 futbolçu ilə təmsil olunub. “Qəbələ”nin bir oyunçusu “11-liy”ə daxil edilib.

Qapıçı: Rəşad Əzizli (“Sumqayıt”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-9, Voislav Stankoviç (“Qəbələ”)-6, Bəxtiyar Həsənalızadə (“Zirə”)-3, Sərtan Taşqın (“Keşlə”)-3
Yarımmüdafiəçilər: Samir Məsimov (“Keşlə”), Elvin Məmmədov (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”)-6, Dani Kintana (“Qarabağ”)-10
Hücumçular: Conatan Ayite (“Keşlə”)-3, Xulio Sezar Rodriqez (“Zirə”)-4
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. (ona.az)

Hokm.az

  •  (0)
  •  (0)