“Topaz” insanları bədbəxt edir – Aslan İsmayılovbackend

“Topaz” insanları bədbəxt edir – Aslan İsmayılov

“”Topaz” əsl qumarxanadır. Oradan uduşla çıxan olmayıb və olmayacaq”

Hokm.az xəbər verir ki, bu sözləri vəkil Aslan İsmayılov deyib.

“Heç bir hüquqi fəaliyyət göstərə bilmədiyimi dəfələrlə elan etsəm də insanlar israrla 5 dəqiqəlik də olsa onları dinləməyimi xahiş edirlər. Bu gün yanıma bir ailə gəlmişdi. Söhbət zamanı “Topaz”ın insanları necə bədbəxt etdiyinin bir daha şahidi oldum. Əlbəttə, birinci növbədə əvvəlcədən uduzacağını bilərək bu tip qumarxanalara üz tutanlar qınanmalıdırlar. Buradan bir daha deyirəm, “Topaz” əsl qumarxanadır və oradan uduşla çıxan olmayıb və olmayacaq”.

A.İsmayıov “Topaz”ın fəaliyyətinin yolverilməz olduğunu bildirib.

“Qanunun qadağan etdiyi bir məkanda cürbəcür adlarla qumarxanaların, o cümlədən “Topaz”ın fəaliyyət göstərməsi də yolverilməzdir. Bu yolla pul qazananlar minlərlə insanları və onların ailələrini bədbəxt etdiklərini bilirlər. Buna baxmayaraq bu tip qumarxana, fahişə salonları saxlayanların, narkotik satdırıb pul qazananların sayı gündən-günə daha da artır. Onlar bilir ya yox deyə bilmərəm, ancaq mən əminəm ki, onların da ailələri bir gün öz əməllərinin qurbanına çevriləcək”.

Hokm.az

  •  (0)
  •  (0)