Tokayevin xalqa rusca müraciəti etirazları şiddətləndirdibackend

Tokayevin xalqa rusca müraciəti etirazları şiddətləndirdi

Etirazlarla xaosa sürüklənən Qazaxıstanda prezident Tokayevin xalqa üçüncü müraciəti etiraza səbəb olub.

Hokm.az xəbər verir ki, prezident 10 dəqiqəlik çıxışı zamanı rus dilində danışıb və sülhməramlılar çağırışına cavab verdiyinə görə Rusiya lideri Putinə təşəkkür edib.

Etirazların əvvəlində Tokayevin Rusiyadan kömək istəməsi də qəzəbi artırıb. Hökumətin istefaya getməsinə və ölkədə fövqəladə vəziyyətin tətbiqinə baxmayaraq, azalmayan gərginlik aksiyaları toqquşmaya çevrilib. Nəticədə 26 etirazçı və 18 polis əməkdaşı ölüb. Ölü və yaralı sayının artacağı istisna edilmir. “Unikal”

  •  (1)
  •  (0)